
Çexiya Deputatlar Palatasının Sədri Bakıda
29.05.2019 / 14:57 | Aktualizováno: 29.05.2019 / 15:06
15-17 may 2019-cu il tarixlərində Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondráčekin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı, Çexiya Parlamentinin Üzvləri, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev, Milli Məclisin Sədri Zati-aliləri cənab Oqtay Əsədov və Baş Nazir Zati-aliləri cənab Novruz Məmmədov, eləcə də İqtisadiyyat Naziri Zati-aliləri cənab Şahin Mustafayev, Milli Məclis Sədrinin müavini cənab Valeh Ələsgərov və Milli Aviasiya Akademiyasının Rektoru Professor Arif Paşayev daxil olmaqla Azərbaycanın yüksək səviyyəli nümayəndələri tərəfindən qəbul edildilər.
Hakim koalisiyanı və müxalifət partiyaları təmsil edən Parlament Üzvlərindən ibarət nümayəndə heyəti ilə Azərbaycan nümayəndələri arasında görüşlər, Azərbaycan və Çexiya Respublikası arasında, xüsusən iqtisadiyyat və ticarət sahəsində, Çexiya Azərbaycan neftinin əsas idxalçısı və Çex şirkətləri isə Azərbaycanda ticarət və investisiya imkanları ilə maraqlandığı halda, ikitərəfli münasibətlərin gələcək inkişafını müzakirə etmək imkanı qazandırmışdır. Prezident cənab İlham Əliyev ölkəsinin Çex tərəfdaşları ilə əməkdaşlığını yüksək qiymətləndirdi və ikitərəfli ticarət balansını daha da həcmləndirməyə istiqamətli bir addım olaraq, ortaq hökumətlərarası komissiyanın praktik fəaliyyətini bərpa etməyə qərar verdi. Azərbaycanla Aİ arasındakı əlaqələr Çexiya Parlamentinin Üzvləri və Prezident cənab İlham Əliyev arasında müzakirələrin digər bir mövzusu olmaqla, Şərq Tərəfdaşlığının 10 illiyi çərçivəsində, 2009-cu ilin may ayında Praqadakı zirvə toplantısında iştirakını xatırladaraq, Aİ-Azərbaycan əməkdaşlığının daha da dərinləşməsinə ümid etdiyini bildirib.
Çex iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən böyük bir qrup sahibkar, təxminən 100 azərbaycanlı şirkətin iştirakı ilə AzPromo agentliyi ilə əməkdaşlıqda təşkil olunmuş Bakıdakı 9-cu Çexiya-Azərbaycan biznes forumunda iştirak etmək üçün Parlament Üzvlərini müşayiət etdilər. Forum Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini cənab Rüfət Məmmədov və Çexiya Respublikası Sənaye və Nəqliyyat Birliyinin Sədri cənab Jaroslav Hanak ilə birlikdə Sədr cənab Vondracek tərəfindən açılmışdır.
Bakıya səfərlərinin əhəmiyyətli bir hissəsi olaraq, Çexiya Parlamenti Üzvləri Şəhidlər Xiyabanında 20 yanvar 1990-cı il tarixində Sovet təhlükəsizlik aparatı tərəfindən qətlə yetirilmiş günahsız vətəndaşların və Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin məzar yerində əklil qoydular və güllər düzdülər.