english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: Yaban Bulvar
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Çex Pivəsi Günü Bakıda qeyd olundu

Çex pivəsi Çexiya Respublikasının Bakıdakı Səfirliyinin təşkil etdiyi tədbirlərin ənənəvi və ən populyar hissəsidir. İndiyədək buna ciddi diqqət yetirilməyib, lakin 19 may 2023-cü il tarixində Səfirlik çex pivəsinin Azərbaycana eksklüziv idxalçısı ilə birlikdə Çex Pivəsi günü adlı tədbir təşkil etdikdə bu dəyişdi.

Bu il Çexiya Respublikası Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir. Son illər yerli istehlakçılar arasında çox populyar və axtarılan içkiyə çevrilən çex pivəsi Səfirliyin təşkil etdiyi bütün tədbirlərin mühüm tərkib hissəsidir. Onun artan populyarlığına onun alkoqolsuz növünün idxalının genişlənməsi də təsir göstərir.

Qızıl içkinin getdikcə populyarlaşması ilə əlaqədar Çexiya Respublikasının Bakıdakı Səfirliyi Azərbaycana çex pivəsinin eksklüziv idxalçısı, Azerish LTD və Ilcin LTD şirkətlərinin rəhbəri cənab Rəşid Hüseynovla birlikdə 19 may 2023-cü il tarixində Bakıda Çex Pivəsi Gününü təşkil etmək qərarına gəliblər. Bu unikal tədbir təkcə möhtəşəm çex pivəsi deyil, həm də Çexiya və Azərbaycan tərəfdaşları arasında dostluq və sıx əməkdaşlığın göstəricisi olmuşdur.

Tədbir zamanı qonaqlar iki tanınmış Çex brendinin, yəni Budějovický Budvar və Pražačka pivəsini dada bildilər. Xüsusi ab-hava üçün Yaban Bulvar restoranının aşpazı Səfirliyin əməkdaşları ilə birlikdə ənənəvi yeməklər, o cümlədən, knedlikli gulaş və Honza bulkaları hazırlayıblar. Tədbir boyu çex musiqisi səsləndirilib və Azərbaycan bazarında fəaliyyət göstərən digər çex brendləri təqdim olunub.

Yaban Bulvar restoranında bu müstəsna hadisə ilə başlayan yay mövsümünün açılışı Çexiya Respublikasının Səfiri cənab Milan Sedlaçekin cənab Rəşid Hüseynovla birgə çıxışları ilə baş tutdu. Onlar çıxışlarında sıx əməkdaşlığı vurğulayaraq, çex pivəsinin Bakıda daha çox yerlərdə tapılacağına ümid etdiklərini bildirdilər.

Галереи


Czech Beer Day 2023