english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: Kenan Abdullayev
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Bakıda ikinci dəfə Çex Pivəsi Günü keçirilib

Çex pivəsi Çexiya Respublikasının Bakıdakı Səfirliyinin təşkil etdiyi tədbirlərin ənənəvi və ən çox sevilən hissəsidir. Buna səbəbdən də Səfirlik Azərbaycana eksklüziv çex pivəsinin idxalçısı ilə əməkdaşlıq edərək ənənə yaratmaq və 31 may 2024-cü il tarixində Yaban Bulvar restoranında ikinci Çex Pivəsi Gününü təşkil etmək qərarına gəlib.

Çex pivə mədəniyyəti mənzərəli şəhərlərdəki tarixi pivə zavodları və səs-küylü pivə salonları ilə əsl xəzinədir. Çex pivə zavodları parlaq qızılı Pilsnerdən tutmuş zəngin ləzzətli Lagerə qədər pivə hazırlamaqda öz təcrübələri ilə məşhurdur. Özünəməxsus dadı sayəsində Çex pivəsi də son illər yerli istehlakçılar arasında çox populyarlaşıb. Hazırda 10-dan çox məkanda Çex pivəsini dadmaq mümkündür. Onların arasında ikinci Çex Pivəsi Gününün keçirildiyi Yaban Bulvar restoranını qeyd etmək olar.

Tədbiri giriş sözü ilə Çexiya Respublikasının Missiya Rəhbərinin müavini cənab Martin Luboyatski və Azerish şirkətinin baş direktoru cənab Vüsal Şərifov açıblar. Tədbir Çexiya milli mətbəxinin tanıdılması və mədəni ikitərəfli əlaqələrimizin gücləndirilməsi vasitəsilə Çexiya-Azərbaycan mədəni əlaqələrini möhkəmləndirmək məqsədi daşıyırdı. Tədbir həmçinin ölkələrimiz və şirkətlərimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilə biləcəyi əlverişli platforma rolunu oynayır.

Qonaqlara iki Çex brendindən pivə seçimi təklif olunub: Budějovický BudvarPražačka. Xüsusi ab-hava yaratmaq məqsədilə “Yaban Bulvar” restoranının baş aşpazı Səfirliyin əməkdaşları ilə birlikdə ənənəvi çex yeməkləri, o cümlədən, knedlik ilə qulyaş, kartof salatı ilə şnitzel və ya kələmlə qızardılmış ördək hazırlamışdır. Eyni zamanda, qonaqlara ənənəvi Çex ləzzətləri, o cümlədən pivə ilə çox yaxşı uyğunlaşan marinə olunmuş sardelka- sosislər, və ənənəvi desertlər də təklif olunub. Çex musiqisi və daha sonra Azərbaycanda məşhur “Sencor” şirkətinin robot tozsoranlarının müsabiqəsinin keçirildiyi lotereya atmosferi daha da gözəlləşdirdi.

Tədbir zamanı qonaqlar həmçinin azərbaycanlı moda dizayneri,  LB Fashion School-un təsisçisi xanım Leyla Babazadənin işləri ilə də tanış ola bildilər. Leyla xanımın hazırladığı unikal geyimlərdə ənənəvi və folklor Çex və Azərbaycan motivləri və rənglərindən ilhamlanaraq xalqlarımız arasında yaxınlıq və dostluğu əks etdirən çiçək simvolları xüsusi vurğulanmışdır. Geyimlər LB Fashion School tələbələri tərəfindən təqdim olunub.

Галереи


czech_beer_day_05_2024