
Azərbaycan Milli Kitabxananın direktoru cənab Kərim Tahirov ilə görüş keçirildi: Habent sua fata libelli
18.04.2017 / 14:42 | Aktualizováno: 19.04.2017 / 16:49
Ədəbiyyat sahəsində olan əlaqələr Azərbaycan-Çex münasibətlərinin mühum hissəsini əks etdirir. Bu əlaqələri üzrə Azərbaycanlılardan və Çexlərdən ibarət olan ekspert komandası elmi tədqiqat aparır. Bu məsələ 18 aprel 2017-ci il tarixində M.F. Axundov adına Azərbaycan Milli Kitabxananın direktoru Profesor Kərim Tahirov, Çexiya səfirinin müavini cənab Petr Vaqner və Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi Sənədlər arxivindən tarixi elmlər namizədi xanım Lalə Hüseynova arasında keçirildiyi görüşünün əsas mövzusu idi.
Direktor Tahirov Azərbaycan Milli Kitabxanası ilə Çexiya Respublikasının Praqadakı Milli Kitabxanası arasında olan əməkdaşlığı haqqında danışıb. Bu əməkdaşlıq qədim Azərbaycan ədəbiyyat ustalarının əlyazmalarının nümünələrini əks etdirən kataloqu ilə nəticələnəcəkdir. Kitabxanaların birgə fəaliyyəti ilə nəticələnəcək bu kitab hər iki ölkə arasında elmi əməkdaşlığını əks etdirən nümunəsi kimi göstərmək olar, bundan başqa, AMK-ın ekspertləri kitabın müəlliflərinə qeyd edilən qədim Azərbaycan ustalarının əlyazmaları haqqında geniş məlumat verdilər.
Həmçinin AMK-nın fondları Azərbaycan ilə Çexiya arasında olan münasıbətlərinin tədqiqatlarında istifadə olunur. 19-20-ci əsrlərdə Bakıda yaşayan Çexlər haqqında məlumatını əks etdirən, Azərbaycan dilinə tərcümə olunmuş Çexiya müəlliflərinin kitabları və ümumiyyətlə Çexiya Respublikası haqqında kitablar azdır. AMK-nın ekspertləri ilə Azərbaycan-Çexiya münasibətlərindən tədqiqat aparan ekspertlər arasında olan əməkdaşlıq elmi əməkdaşlığının nümunəsi kimi qeyd etmək olar.