Azərbaycan dilində ilk asılılıq təbabəti dərsliyinin təqdimatı
17.03.2021 / 10:36 | Aktualizováno: 19.03.2021 / 06:34
18 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində (PSM) Asılılıq Təbabətinin Əsasları adlı kitabın ictimai təqdimatı keçirildi. Kitabın Amerika Asılılıq Təbabəti Cəmiyyəti tərəfindən nəşr olunan əsli əsasında nəşr olunması, Azərbaycan Respublikasında maddə asılılığının müalicəsi və reabilitasiyası sahəsində biliklərə əsaslanan bir infrastrukturun yaradılmasına dəstək olan əməkdaşlığın inkişafı layihəsi çərçivəsində Çexiya Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilmişdir.
PSM-nin direktoru, professor Fuad İsmayılov, Çexiya Respublikasının Azərbaycandakı Səfiri Zati-aliləri Milan Ekert və kitabın tərcüməsinə rəhbərlik edən Dr. Araz Manuçeri-Laleinin giriş sözlərindən sonra Azərbaycanın müxtəlif tibb müəssisələrindən 10 mütəxəssis müzakirəyə qatıldı. Çexiya Respublikasının Səfirliyi kitabı Azərbaycan daxilində psixiatrlara və asılılıq təbabəti sahəsi üzrə mütəxəssislərə yayaraq, Dayanıqlı İnkişaf Məqsədlərinə - xüsusən də maddə asılılığının qarşısının alınması və müalicəsinin gücləndirilməsini özündə cəmləşdirən Məqsəd 3 (Yaxşı Sağlamlıq və Rifah) nailiyyətinə çatmasına öz töhfəsini verir.