Kənd təsərrüfatı nazirinin müavini Yirji Şir və Çexiya fermerləri Azərbaycana səfər etdilər
19.05.2017 / 18:47 | Aktualizováno: 25.05.2017 / 18:57
Kənd təsərrüfatı nazirinin müavini Yirji Şir Çexiya fermerlərindən ibarət nümayəndə heyətiylə Azərbaycana səfər etdi. Missiyanın məqsədi kənd təsərrüfatı sahəsində əməkdaşlığı davam və inkişaf etdirmək idi.
Cənab Yirji Şir Azərbaycanlı həmkarı Seyfəddin Talıbovla görüşərək, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdi. Birlikdə onlar, Çexiya Respublikası və Azərbaycan arasında xüsusilə də kənd təsərrüfatı sektorunda əməkdaşlığın vacibliyini vurğuladılar.
мы в социальных сетях