english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

“Enerji səmərəliliyi məktəbi” layihəsi növbəti mərhələyə keçdi

Çexiya Respublikasının Azərbaycandakı Səfirliyinin özəl Çex şirkətləri ilə əməkdaşlığı əsasında həyata keçirilən dövlət-özəl tərəfdaşlıq prinsipinə əsaslanan unikal layihə yeni mərhələyə qədəm qoydu.

Layihənin yeni mərhələsi 28 mart 2017-ci il tarixində Çexiya Səfirliyinin nümayəndələri və Çexiyanın NİMBUS Architects MMC sirkətinin əməkdaşı memar xanım Yitka Dvorska`nın Qaravəli kəndinə (Bakıdan təxminən 100 km qərbdə Şamaxı rayonunda yerləşir) ziyarəti ilə başlandı. Xanım Dvorska`nın köməyi ilə səfirliyin nümayəndələri mövcud vəziyyəti qiymətləndirə bildilər. Bu da öz növbəsində məktəbin bir binasının tam yenidənqurma planının hazırlanması üçün vacib şərtdir. Seçim ibtidai siniflərin dərs keçdiyi binaya düşdü. Orada planlaşdırılan yenidənqurma işlərin ən yüksək nəticə göstərməsi ehtimal olunur. Yenidənqurma işlərində müasir texnologiyalar və materiallar istifadə ediləcək. Nəticədə, binada istifadə edilən enerjinin miqdarı xeyli azalacaq.

Çexiya Səfirliyində keçirilən mətbuat konfransı lahiyənin ikinci mərhələsinin başlanmasını uğurla təqdim etdi; təqdimatı aşağıda göstərilən linklərdən tapmaq mümkündür: 1news.az, APA.az, Interfax.az.

Layihənin özü Çexiyanın Azərbaycandakı Səfiri cənab Vitezslav Pivonkanın himayəsiylə keçən ilin noyabr ayından həyata keçirilməyə başlandı. Layihənin başlanması Şamaxı rayonun müəllimləri üçün silsilə mühazirələrlə müşaiyət olundu. Mühazirələrdə dəvət olunmuş xarici ekspertlər Azərbaycan müəllimlərinə apardıqları dərslərdə enerji effektivliyinin məsələsini şagirdlərə daha ətraflı və maraqlı təqdim etmə yollarını göstərdilər. Nəzəri mühazirələr Qaravəli kəndinin məktəbində ekspertimiz tərəfindən keçirilən tədbiqi dərslə davam edildi.

“Enerji səmərəliliyi məktəbi” layihəsi Çexiya səfirliklərinin xaricdəki fəaliyyəti baxımından həqiqətən də müstəsna bir tədbirdir. Onun məqsədi dövlət və özəl sektorlar arasında əməkdaşlığın bütün üstünlüklərindən tam istifadə etməkdir. Layihəyə qoşulan Çexiya şirkətləri öz məhsulları və xidmətlərini təbliğ etmək imkanı əldə etdilər. Bu isə onlara gələcəkdə xeyli perspektivli Azərbaycan bazarında öz mövqeyini qazanmaq imkanını verəcək. İştirak edəcək şirkətlərin siyahısı:společnosti ABclima s.r.o., Družstevní závody Dražice-strojírna, s.r.o. EGT Express s.r.o., Gebr. Ostendorf - OSMA zpracování plastů, s. r. o., Mott McDonald CZ s.r.o., NIMBUS Architects s.r.o., QZP s.r.o., SATJAM s.r.o.

skola_az

skola_az

skola_1_az

skola_1_az