Çexiya Səfirliyi ilə sıx əməkdaşlıqda olan Çex şirkətləri Azərbaycanda məktəbdə yenidənqurma işləri aparırlar
16.08.2018 / 10:05 | Aktualizováno: 24.08.2018 / 10:12
Çexiyanın Azərbaycandakı Səfirliyi və seçilmiş özəl Çex şirkətləri ilə birlikdə iki ildən artıqdır həyata keçirilən, “Enerji səmərəliliyi məktəbi” adlanan unikal layihə, son mərhələsinə gəlmişdir. Fəxr hissi ilə bildirmək istərdik ki, 14 avqust 2018-ci il tarixindən Qaravəlli kənd orta məktəbində yenidənqurma işləri başlamışdır. 13 özəl Çex şirkətindən ibarət konsorsium tərəfindən pulsuz təqdim ediləcək, yenidənqurma işləri müasir enerjiyə qənaət materialları və texnologiyaları ilə həyata keçiriləcəkdir.
“Enerji səmərəliliyi məktəbi” layihəsi ikili xarakter daşıyır. Birincisi, biz ümid edirik ki, bu, Azərbaycan gəncləri arasında enerjinin səmərəli istifadəsi barədə məlumatlılığın artmasında mühüm rol oynayacaqdır. İkincisi, məktəbdə yenidənqurma işləri, Çex şirkətlərinə Azərbaycanda öz məhsulları üçün yeni müştərilər və işgüzar tərəfdaşlar tapmaqda misilsiz imkan yaradacaq.
Qeyd edək ki, belə bir cəsarətli layihəni, bir çox Azərbaycan təşkilatlarının xüsusilə, Təhsil Nazirliyinin dəstəyi olmadan həyata keçirmək mümkün olmazdı.
Layihənin özü Çexiya istehsalçılarını, Çex tikintiyə nəzarəti təmsil edən ekspert cənab Martin Benda və yerli tikinti şirkətləri ilə sıx tərəfdaşlıq münasibətlərində birləşdirir və bu da öz növbəsində bütün tərəflərə təhsil sahəsinin xaricində, gələcəkdə əməkdaşlıqlarını inkişaf etdirməyə imkan verir. Gələcəkdə bu cür əməkdaşlığı asanlaşdırmaq məqsədilə, Çexiya Dövlət İxrac Bankı Azərbaycanda bənzər layihələri dəstəkləməyə hazır olduğunu bəyan edib.
Qaravəlli məktəbinin yenidən qurulmasına aiddir: * Layihə üzrə sənədləşmə: NIMBUS Architects s.r.o. * Tamamilə yeni dam örtüyü: SATJAM s.r.o. * Havalandırma və ventilyasiya sistemi: ABCLIMA s.r.o. * Yeni ayaqyolunun tikintisi: SIKO a.s. / DZ Dražice – strojírna s.r.o. * Çirkab suların təmizlənməsi sistemi: EKOMONITOR s.r.o. / QZP s.r.o. * Mərkəzi istilik sistemi: MOTT MCDONALD CZ s.r.o. / KORADO a.s. * Mərkəzi istilik sistemi üçün qazanxana: THERMONA s.r.o. * Yeni işıqlandırma sistemi: TREVOS a.s. * Kanalizasiya sistemi: OSTENDORF – OSMA s.r.o. * Çexiyadan Azərbaycana bütün materialların daşınması: EGT EXPRESS CZ s.r.o.
мы в социальных сетях