
Çexiya Respublikasının ekspozisiyası Caspian sərgisində: Ətraf Mühit üçün Texnologiyalar – CTE 2015
20.11.2015 / 16:52 | Aktualizováno: 10.12.2015 / 18:20
18-20 noyabr 2015-ci il tarixlərində Ətraf Mühit üçün Texnologiyalar – CTE 2015 adlanan 6-cı beynəlxalq Caspian sərgisi Bakıda baş tutmuşdur. Bu sərgi Cənub Qafqazda ekologiyaya və ətraf mühitə məqsədyönlü yeganə və unikal bir tədbirdir.
Ümumilikdə tədbirdə 10 ölkədən 35 şirkət iştirak edib. Həm su təsərrüfatı ilə və bərpa olunan enejisi ilə məşğul olan, həm də tullantıların idarə edilməsi və tikinti və abadlıq sahələrdə işləyən şirkətlər sərgidə öz xidmətlərini təklif ediblər.
İştirakçıların sırasında artıq ikinci dəfə yeganə rəsmi nümayəndələri ilə təmsil olunan ölkə Çexiya Respublikası olub. Çexiyanın iştirakı Czech Trade – Çexiya Ticarət dövlət agentliyinin tərəfindən təşkil olunub. Bununla əlagədar Çexiyanın stendi rəsmi qonaqlar və mətbuat tərəfindən tədbir boyu diqqət mərkəzində olub. Çexiya tərəfindən dəvət olunan Ekologiya və Təbii Sərvətlər naziri cənab H. Bağırov stendimiz ilə tanış oldu və Səfir cənab V. Pivonka və Çexiya Su Alyans birliyinin nümayəndələri ilə qısa görüş keçirtdi.
Çex rəsmi stendində ümumilikdə 9 şirkət təmsil olundu: ACO Marine Ltd., Çexiya Su Alyansı, BRENTWOOD Europe Ltd., İN-EKO Team Ltd., İWET JSC, PRESSKAN System JSC., TECO JSC TOPOL Water Ltd., VAPO Ltd. İş adamları ilə yanaşı Sənaye və Ticarət nazirliyinin və Çexiya Ticarət agentliyinin nümayəndələri də sərgini ziyarət ediblər.
Sərgi çərçivəsində Çexiya Səfirliyi tərəfindən iki həvəsləndirici tədbir keçirilib. Birinci tədbir çex şirkətlərinin rəsmi təqdimatı ilə bağlı idi, ikinci tədbirdə çex iş adamları Azərbaycanın cəmiyyəti və biznes nümayəndələri ilə tanış etmək məqsədi ilə, başda Səfir cənab V. Pivonka olmaqla, qala şam yeməyi keçirilib.