english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo LinkedIn logo

Çexiya Respublikası Bakıdakı Beynəlxalq Səhiyyə Sərgisi 2015 tədbirində iştirak etmişdir

Beynəlxalq Səhiyyə sərgisi  - BBSS 2015 Bakıda 18 – 20 sentyabr 2015-ci il tarixlərində keçirilmişdir. İştirakçilar sırasında həm tibb avadanlıqları və əczaçilıq məhsulları istehsalçılar, həm də pəhriz və qida əlavələri üzrə təchizatçılar və tibbi turizmlə məşğul olan turistik şirkətlər  var idi. Ümumilikdə tədbirdə  19 ölkədən 189 şirkət iştirak edib.
 

Çexiya Respublikası Çexiya Ticarət dövlət agentliyi tərəfindən təşkil olunan milli stendi ilə təmsil olundu. Çexiya Respublikasından savayı  yalnız Russiya Federasiyası və Türkiyə öz milli stendləri ilə tədbirdə iştirak ediblər. Tədbirin birinci günündə ticarət yarmarkasında təqdim olunan Çexiya şirkətləri Səfirliyinin nümayədələri tərəfindən, başda Çexiyanın  Azərbaycandakı səfiri cənab Vitezslav Pivonka olmaqla dəstəkləndi.

Sərginin açılış mərasimindən az sonra Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini  cənab E. Ağayev  Çexiya Respublikasının milli stendi ilə tanış oldu, həmçinin o, Çexiyanın səfiri  və  yerli Çexiya ticarət nümayəndəsi cənab J. Lukaş ilə qisa görüş keçirtdi.