Çexiya Respublikası Bakı Beynəlxalq Qida Sənayesi Sərgisində
29.05.2015 / 09:01 | Aktualizováno: 29.05.2015 / 09:36
Çexiya Respublikasının Bakıdakı Səfirliyi, Çexiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və CzechTrade Bakı 2015 Beynəlxalq Qida Sənayesi Sərgisi zamanı Çexiya qida sənayesinin Bakıda ilk təqdimatını təşkil etdi.
On bir Çex şirkəti Bakı Hilton otelində xüsusi seminarda iştirak etmək imkanını qazandı.
Ekspo Mərkəzində Çexiya qida sənayesi stendi ziyarətçilərin böyük diqqətini cəlb etdi.
Tədbir Çexiya Respublikasının Xarici İşlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin maliyyə dəstəyi ilə təşkil olunmuşdur.