Çex Metrologiya İnstitutunun nümayəndələri Çexiyanın Bakıdakı səfirliyində oldular
04.03.2016 / 14:42 | Aktualizováno: 10.03.2016 / 15:10
3 mart 2016-ci il tarixində “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” Tvinninq layihəsinin uğurlu təqdimatından sonra Çex Metrologiya İnstitutunun nümayəndələri Vladimir Ludvik, Yirji Tesarj, Yekaterina Kromkova və Karolina Veberova Çexiyanın Bakıdakı səfirliyində oldular.
Aparılmış müzakirə zamanı layihənin əhəmiyyəti bir dəfə daha vurğulanmış və Azərbaycanda metrologiya sahəsinin inkişafı ilə əlaqədar digər məsələlər də nəzərdən keçirilmişdir. Səfirin müavini Petr Vagner və konsul Yosef Bohaç iki illik layihənin icrası zamanı yarana biləcək bəzi praktiki məsələlərin həllinə səfirliyin kömək etməyə hazır olduğunu bildirmişlər.