english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo LinkedIn logo

Bakıda yeddinci Çex - Azərbaycan Biznes Forumu keçirilmişdir

Cari ildə Çex və Azərbaycan sahibkarları arasında görüş Çexiyanın sənaye və ticarət naziri cənab Yan Mladekin Bakıya iki günlük (17-18 yanvar 2017-ci il) rəsmi səfəri çərçivəsində təşkil olunmuşdur. Forum səfərin ilk günündə keçirilərək, yerli şirkətlər arasında rekord marağın göstəricisi oldu.

MDB ölkələri üzrə Çexiyanın Ticarət və Sənaye Palatası ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında sıx əməkdaşlıq sayəsində təşkil olunmuş Forumda hər iki ölkədən 160-dan çox iştirakçı öz iştirakını təsdiq etmişdir. Çexiya Respublikası iqtisadiyyatın müxtəlif sahələrinə aid olan və əksəriyyəti enerji, maliyyə və mühəndislik sahələrində böyük portfoliyası olan 17 şirkət ilə təmsil olundu.

Biznes Forum Azərbaycanın iqtisadiyyat naziri cənab Şahin Mustafayev tərəfindən açıldı və o yerli iqtisadiyyatın inkişafı üçün Çex sərmayələrin əhəmiyyətini vurğuladı. Çex naziri Yan Mladek eyni istiqamətdə davam edərək ikitərəfli münasibətlərin strateji səviyyəsini təsdiq etdi. Hər iki nazir də Çexiya ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin real inkişaf perspektivlərin olmasına razılışdılar.

http://www.contact.az/docs/2017/Economics&Finance/011700180617ru.htm?43#.WI994lOLTIV