english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo LinkedIn logo

Bakıda Beynəlxalq Turizm Sərgisi AITF 2017-də Çexiyanın iştirakı

Azərbaycanda bu ilin sərgi mövsümü 5-7 aprel tarixlərində Bakı Ekspo Sərgi Mərkəzində keçirilən AITF 2017 səyahətlər sərgisi ilə açıldı. Sərgidə iştirak etməyə qərar verən 21 ölkə sırasında Çexiya da var idi. Astra və Destionation travel şirkətlərinin, Teplice spa və Karlovı Varı regionun nümayəndələrinə Çexiya Respublikasını məşhur turistik məkan kimi təşviq etməyə imkan verən rəsmi stend CzechTourism dövlət agentliyi tərəfindən təşkil olunmuşdur. Sərginin ilk günündə Çexiyanın Azərbaycandakı səfiri zati-aliləri Vitezslav Pivonka şəxsən onların səylərini dəstəklədi.

Bundan əlavə, CzechTourism Çexiya Respublikasının Bakıdakı Səfirliyi ilə birgə Çex turizm şirkətlərinin Azərbaycanlı tərəfdaşları üçün təqdimatını təşkil etdi. CzechTourism ofisinin MDB ölkələri üzrə rəhbəri xanım Alyona Kudilkova tərəfindən aparılmış təqdimat Çexiyada Barokko abidələrinə həsr olunmuş və Azərbaycan turizm şirkətlərinin nümayəndələrinə Çexiyaya yeni gözlə baxmaq imkanını yaratmışdır. Təqdimat şərab dadmaqla maraqlı müzakirələrlə davam etdi.

1_az

1_az

2_az

2_az

 

3_az

3_az