english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Azərbaycanda metrologiya sisteminin gücləndirilməsinə dair Tvinninq Layihəsinin icrasına başlayır

Avropa İttifaqı (Aİ) və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Tvinninq Layihəsinin icrasına başlayır.
 


SMPDK Azərbaycanda metrologiya sisteminin müasirləşdirilməsi və gücləndirilməsi məqsədi ilə Çex Respublikasının Çex Metrologiya İnstitutu (ÇMİ) və Almaniyanın Fiziki-Texniki İnstitutunun (PTB) yaratdığı konsorsium ilə əməkdaşlıq edəcək.

 Layihənin rəsmi açılış mərasimi 3 mart 2016-cı il tarixində saat 10.00-da Bakı ş., AZ1010, Keykab Xanım Səfərəliyeva küç. 5 ünvanında yerləşən  Holiday İnn otelində baş tutacaq.

Mətbuat konfransı saat 11.00-da keçiriləcək.

Layihənin ümumi məqsədi bu sahədəki standartlara, normalara və proseslərə dair Aİ və beynəlxalq qənaətbəxş təcrübəyə uyğun olaraq, metrologiya sisteminin inkişafı vasitəsi ilə Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir.

Layihənin məqsədi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətdə Texniki Maneələr (TTM) Haqqında Sazişinin tələblərinə cavab verməsi üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) metrologiya sahəsində bacarıqlarını inkişaf etdirməkdir.

Büdcəsi 1,200,000 avro olan layihə 2 il ərzində icra olunacaq.

Layihə ekspertlərin səfərlərindən, təlimlərdən və məlumatlandırma səfərlərindən/tədbirlərdən ibarət olacaq.

Layihəyə 2 layihə rəhbəri rəhbərlik edəcək – Çex Respublikasından cənab Vladimir Ludvik   və Azərbaycan Respublikasından cənab Oktay Abbasov.

Tədbirdə Çex Respublikasının və Almaniyanın Azərbaycan Respublikasındakı səfirləri, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, həmçinin benefisiar ölkə qurumlarının və Üzv Dövlətlərin nümayəndələri iştirak edəcək.