english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

01 sentyabr 2021-ci il tarixindən etibarən yalnız COVİD-19 peyvənd, immunitet və ya əks-göstəriş sertifikatlarının sahibləri Çexiya Respublikasının Bakıdakı Səfirliyinə daxil ola biləcəklər

Azərbaycan Respublikası ərazisində həyata keçirilən tədbirlərə əsasən, COVİD-19 virusunun yayılmasının qarşısını almaq məqsədilə, 01 sentyabr 2021-ci il tarixindən etibarən yalnız QR kodu olan peyvənd, immunitet və ya əks-göstəriş sertifikatlarının sahibləri Çexiya Respublikasının Bakıdakı Səfirliyinə, Səfirliyinin Konsulluq və Viza şöbəsinə daxil ola bilərlər. Yuxarıda qeyd olunanlar 18 yaşa qədər olan şəxslərə şamil olunmur.

Azərbaycan Respublikasında peyvənd və ya immunitet sertifikatlarını myGov.az elektron hökumət portalından əldə etmək olar. Peyvənddən azad olma (kontrendikasiya) sertifikatını və bunun üçün lazımi məlumatları almaq üçün Azərbaycan Respublikasında ərazi üzrə poliklinikalara müraciət edilməlidir, həmin şəxslərin məlumatları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yaradılan xüsusi komissiyaya təqdim ediləcək və bu komissiya qeyd olunan sertifikatın verilib-verilməməsi barədə qərar qəbul edəcək. COVİD-19 pandemiyasının inkişafı, eləcə də onun qarşısının alınması və yumşaldılması tədbirləri haqqında əlavə məlumatları Azərbaycan Respublikasının Dövlət qurumlarının və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin internet səhifələrindən əldə etmək olar.