english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Çexiya Respublikasına yalnız zəruri səyahətə icazə verilir

Ölkə daxilində insanların sərbəst hərəkəti məhdudlaşdırılır və Çexiya Respublikasına giriş yalnız zəruri hallarda icazə verilir. Nəticə olaraq, Çexiya Respublikasında turist səfərləri eləcə də, dostları ziyarət etmək məqsədi olan səfərlər qadağandır.

Çexiya Respublikası ərazisinə daxil olmaqdan öncə, İctimai Səhiyyə Sərnişin Lokator Formasını doldurmağınız məcburidir. Ölkə ərazisinə daxil olan şəxslər Çexiya Respublikasında COVID-19 testindən keçməli o cümlədən, karantin qaydalarına ciddi şəkildə riayət etməlidirlər.