english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

V4 Xarici İşlər Nazirləri Şərq Tərəfdaşlığının Gələcəyini müzakirə etdi

8 aprel 2020-ci il tarixində V4 və Şərq Tərəfdaşlığı ilə bağlı videokonfrans keçirilmişdir. Əsas mövzu, Aİ-nin Qonşuluq Siyasətinin yeni konsepsiyasının təsdiqləməsi gözlənilən, planlaşdırılan iyun sammiti öncəsi, Şərq Tərəfdaşlığının gələcəyi idi. Nazirlər, Şərq Tərəfdaşlığına güclü və iddialı bir siyasət kimi baxdıqlarını təsdiqləyən ortaq bir bəyanat qəbul etdilər və buna fəal dəstək verməyə hazır olduqlarını bildirdilər.

Nazirlər Aİ və onun vahid bazarına inteqrasiya etməkdə maraqlı olan tərəfdaş ölkələrin istəklərini dəstəkləyəcəkləri barədə razılığa gəldilər. Eyni zamanda, onlar demokratik prinsiplərin və qanunun aliliyinin vacib əhəmiyyətini vurğuladılar və Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyətinə dəstək olduqlarını bildiriblər. Nazirlər Şərq Tərəfdaşlığı ölkələri ilə transformasiya təcrübələrini bölüşməyə davam etməyə hazır olduqlarını təsdiqlədilər.

Xarici İşlər Naziri Tomaş Petrjiçek, COVID-19 pandemiyası kontekstində, Şərq Tərəfdaşlığı ölkələrinə yardım etmək üçün növbədənkənar V4 Şərq Həmrəyliyi Proqramının başlamasını təklif etdi. Yeni V4 Şərq Həmrəyliyi Proqramı, Beynəlxalq Vişeqrad Fondu çərçivəsində 250,000 avroya qədər yardım etməli və bu, COVID-19 pandemiyasının təsirinə məruz qalan Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların aztəminatlı qruplarının sağlamlığının, sosial, iqtisadi dayanıqlığının praktiki möhkəmləndirilməsinə sərf ediləcəkdir. Proqram tərəfdaşların ehtiyaclarına uyğunlaşdırılacaqdır. Nazirlər bu təklifi dəstəklədilər.

"Şərq Tərəfdaşlığı Aİ üçün strateji əhəmiyyətə malikdir və buna görə də Aİ-nin xarici əlaqələri kontekstində prioritet mövzulardan biridir", - deyə Nazir cənab Petrjiçek bildirib.

Vişeqrad Qrupunun Şərq Tərəfdaşlığının Gələcəyi ilə bağlı Birgə Bəyanatı (DOC, 55 KB)