İş kartlarına müraciət edənlərin qeydiyyatı üzrə yeni qaydalar
02.09.2019 / 18:47 | Aktualizováno: 21.10.2019 / 18:06
Çexiya Respublikasının Bakıdakı Səfirliyi, elan edir ki, Çexiya Hökumətinin 220/2019 saylı 26 avqust 2019-cu il tarixli Direktivi ilə Azərbaycan da daxil olmaqla digər ölkələrdən iş kartları üçün müraciət edənlərin qeydiyyatı üçün kvota sisteminin tətbiq edilməsinə dair qərarı ilə əlaqədar, qeydiyyat dövrü əsasında bu kateqoriyadan olan ərizəçilər üçün yeni qeydiyyat sistemi fəaliyyətə başlamışdır. Bakıdakı Səfirlikdə hər bir qeydiyyat dövrünün müddəti 2 aydır; hər qeydiyyat dövrü üçün iş kartları üçün 25 müraciətdən ibarət sabit kvota müəyyən edilmişdir.
Sentyabr/Oktyabr dövrü üçün qeydiyyat 5 sentyabr 2019-cu il tarixində, Bakı vaxtı ilə saat 12:00-da (günorta) başlayacaqdır.
Ərizəçilər aşağıda göstərilən qaydalara ciddi əməl etməklə, Zamkarta_Baku@mzv.cz elektron ünvanına yazaraq qeydiyyatdan keçə bilərlər:
Qeydiyyat məktubunun mövzu hissəsinə YALNIZ ərizəçinin pasportunun nömrəsini daxil edilməlidir. Mövzu hissəsinə pasport nömrəsi ilə yanaşı hər hansı digər bir məlumat daxil edilmiş məktublar nəzərə alınmayacaq və cavabsız qalacaqdır.
Qeydiyyatın açılmasından əvvəl Zamkarta_Baku@mzv.cz elektron ünvanına göndərilən məktublar da nəzərə alınmayacaq və cavabsız qalacaqdır.
Hər bir ərizəçi yalnız bir qeydiyyat məktubu göndərə bilər. Əgər bir ərizəçi bir qeydiyyat dövrü ərzində daha çox qeydiyyat məktubu göndərərsə, o avtomatik olaraq həmin dövrdən xaric ediləcəkdir, hətta əgər onun qeydiyyat məktubu fərqli elektron ünvanlardan göndərilibsə bu halda, ərizəçiyə qeydiyyat dövründən kənarlaşdırılması barədə istifadə etdiyi ilk müəyyən edilmiş elektron ünvanına göndərilən elektron məktub vasitəsilə məlumat veriləcəkdir. Əgər ərizəçi artıq əvvəlki aylarda iş kartı üçün müraciət edibsə və ərizəsinə artıq baxılırsa, onun yeni qeydiyyat məktubu nəzərə alınmayacaq və etibarlı sayılmayacaq.
Qeydiyyat məktubuna aşağıdakı məlumatlar daxil edilməlidir:
- Ad
- Soyad
- Doğum tarixi
- Pasport nömrəsi
- Əlaqə nömrəsi
- Elektron poçt ünvanı
- Qalma məqsədi ("məşğulluq")
Qeydiyyat məktubuna qoşma kimi, aşağıda qeyd olunan sənədlərin hər ikisinin pdf formatında elektron nüsxələri daxil olmalıdır:
- Ərizəçinin pasportunun sahibi haqqında başlıca məlumatı əks etdirən səhifələri
- Çex işəgötürən ilə tam və imzalanmış əmək müqaviləsi.
Əgər yuxarıda göstərilən qoşmalardan hər hansı biri olmadıqda, qeydiyyat etibarsız sayılır və nəzərə alınmır.
"Bir ərizəçiyə bir elektron ünvan" qaydası tətbiq olunur; bir elektron ünvanla daha çox şəxsin qeydiyyata alınmasına icazə verilmir.
Qeydiyyat məktublarının çatma vaxtına əsasən xronoloji qaydada cavab veriləcəkdir. Yuxarıda qeyd olunan qaydalara uyğun olan qeydiyyat məktubları avtomatik olaraq ilkin təsdiqedici elektron məktub vasitəsilə cavablandırılacaq, daha sonra isə 7 gün ərzində tam təsdiq məktubu göndəriləcəkdir. Qaydalara riayət edən, lakin lazımi qeydiyyat dövrü üçün kvota tamamlandıqdan sonra göndərilən qeydiyyat məktublarına bu barədə avtomatik cavab ilə cavablandırılacaqdır.
Uğurla qeydiyyatdan keçmiş ərizəçilər, qeydiyyat məktubunda göstərilən əlaqə üçün qeyd olunan elektron ünvanlarına göndərilən elektron məktub vasitəsilə Səfirlikdəki müraciət haqqında gün və saat barədə məlumatlandırılacaqlar. Görüşün vaxtı dəyişdirilə bilməz.
Bildiriş
Zamkarta_Baku@mzv.cz elektron ünvanı yalnız iş kartlarına müraciət edənlərin qeydiyyatı üçün istifadə olunur.
Çexiya Respublikasının Bakıdakı Səfirliyi bildirir ki, icazəsiz xarici bir müdaxilənin qeydiyyat sisteminə girməsinə əsaslı şübhə olduqda, bütün qeydiyyat prosesi ləğv ediləcək və bu halda qeydiyyat proseduru ən qısa müddətdə yenidən başlamalıdır (zəruri olduqda dəfələrlə).