Təkliflərin qəbulu —Şərq Tərəfdaşlığı
10.11.2016 / 12:07 | Aktualizováno: 14.11.2016 / 19:13
Beynəlxalq Vışeqrad Fondu və Hollandiya Xarici İşlər Nazirliyi Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyətinin demokratikləşməsi və möhkəmləndirilməsini dəstəkləyən layihələri maliyyələşdirmək üçün 1 dekabr 2016-ci il tarixinə qədər təkliflər qəbul edir.
Layihə təklifləri on-line şəkildə aşağıda qeyd olunan tematik sahələrdə qəbul olunur:
1. Qanunvericilik və ədalət,
2. Yaxşı idarəçilik (dövlət idarəçiliyi / ictimai asayiş /siyasət/miqrasiya siyasəti),
3. Əlaqələr, media və informasiyanı əldə etmək imkanı,
4. Vətəndaş cəmiyyətinin inkişafı / insan hüquqlarının və azlıqların dəstəklənməsi.