english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Sağlam həyat tərzi naminə səfirin qaçışı

1 may 2016-cı il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” keçirildi. Tədbirin əsas məqsədi Azərbaycanda idmanın inkişafını və sağlam həyat tərzini təbliğ etmək idi. Bu fikri dəstəkləyən bir neçə minlərlə insan arasında müxtəlif Azərbaycan vətəndaşları və əcnəbilər var idi.
 

Yarışda Bakının diplomatik korpusu da bir neçə idmançı ilə, Çexiya Respublikası isə Azərbaycandakı səfiri cənab Vitezslav Pivonkanın timsalında təmsil olundu.  Əvvəlki məşqlər öz bəhrəsini verdi və səfir yarışı təbəssüm ilə yekunlaşdırdı. 21 km-dən sonra o, yüksək nəticəyə nail olduğuna və eyni zamanda, belə gözəl təşəbbüsü dəstəklədiyinə görə razı qaldı.

Səfir, bazar ertəsi səhərlər səfirlikdə mütəmadi keçirilən iclasa başcılıq etdi. Onun idman sahəsində gələcək planları hələ də məlum deyil. Yalnız bir şey dəqiq məlumdur ki, planlar mütləq olacaq.