english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Qəbələ IV Beynəlxaq İncəsənət Sərgisi: “İDMAN”, “GÖZƏLLİK”, “HƏYAT”

19 dekabr 2015-ci il tarixində Qəbələ şəhərindəki Heydər Əliyev Mədəniyyət Mərkəzində keçirilmiş “Qəbələ IV Beynəlxaq İncəsənət Sərgisi”nin rəsmi açılışı mərasimi, bu yay Azərbaycanın ev sahibliyi etdiyi, əhəmiyyətli idman tədbiri - ilk Avropa Oyunlarına həsr olunmuşdur. Sərginin adı və mövzusu müvafiq olaraq “İDMAN”, “GÖZƏLLİK” və  “HƏYAT” seçilmişdir.
 

Ümumilikdə sərgidə dünyanın 19 ölkəsindən 112 rəssamın əsərləri nümayiş olundu. Çex Respublikası gənc rəssam Martina Trxovanın rəsm əsəri ilə təmsil olundu. Çexiyanın Bakıdakı  səfirliyinin nümayəndələri tədbirdə iştirak etməklə Çexiyanın iştirakçısını dəstəklədilər. Sərgi Azərbaycan Mədəniyyət Fondu, (SEBA) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Heydər Əliyev Fondununnın birgə təşkilatçılığı ilə keçirildi.