“Oyun” və ya “Dünyanı Oyun Vasitəsilə Öyrənmək”
23.12.2025 / 18:15 | Aktualizováno: 23.12.2025 / 18:29
53-cü Beynəlxalq Uşaq Rəsm Sərgisi “Liditse”nin mövzusu “Oyun” və ya “Dünyanı Oyun Vasitəsilə Öyrənmək” idi. Liditsedən göndərilən diplomlar Çexiya Respublikasının Azərbaycandakı Səfiri Milan Sedlaçek tərəfindən Azərbaycandan mükafat alan dörd uşağa təqdim olunub.
“Mobil telefonlardan başqa üsullarla hələ də oynaya bilirikmi?” alt başlığı ilə keçirilən müsabiqənin 53-cü ilində Azərbaycanın beş məktəbindən şagirdlər iştirak edib. Dörd uşaq – Əkbər Mütəllbov, Fatimə Rəsulzadə, Mədinə Bayramlı və İsmayıl Əlizadə – Fəxri Fərmanla təltif olunublar.
10 dekabr 2025-ci il tarixində Çexiyanın Bakıdakı Səfirliyində mükafat alan uşaqlar, onların valideynləri və məktəb müəllimlərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı səfir Milan Sedlaçek Liditsədən göndərilən diplomları təqdim edib.
Beynəlxalq Uşaq Rəsm Sərgisi Liditse (https://www.mdvv-lidice.cz/) 1942-ci ildə Alman nasistləri tərəfindən dağıdılmış Çexiyanın Liditse kəndində həlak olan uşaq qurbanlarının xatirəsini yad etmək, həmçinin müharibə münaqişələri zamanı həyatını itirmiş bütün uşaqları anmaq məqsədilə təsis olunub.



