english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Çexiyanın “Gələcəkdə Nə Geyinəcəyik?” sərgisində iştirakı

9 aprel 2025-ci il tarixində Çexiya Azərbaycan Milli Xalça Muzeyində "Mərkəzi Avropa Mədəniyyət Platforması" (PCCE) çərçivəsində keçirilmiş “Gələcəkdə Nə Geyinəcəyik?” adlı uğurlu sərgidə iştirak edib. Sərgidə Praqa Tətbiqi İncəsənət Universitetinin üç tələbəsinin işi nümayiş olunub.

“Mərkəzi Avropa Mədəniyyət Platforması” (PCCE) 2001-ci ildə Avstriya, Macarıstan, Çexiya, Slovakiya və Polşanın daxil olduğu regional tərəfdaşlıq ölkələrinin konfransı çərçivəsində yaradılıb. Platformanın məqsədi üzv ölkələrin mədəni həyatını həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda tanıtmaqdır.

Hazırda PCCE-yə sədrlik edən Macarıstanın təşəbbüsü ilə bu ilki sərginin mövzusuna uyğun olaraq, toxuculuq sahəsində qədim tarixi və zəngin ənənələri ilə tanınan Azərbaycan sərginin keçirilməsi üçün ideal məkan və ev sahibi kimi seçilmişdir.

“Gələcəkdə Nə Geyinəcəyik?” sərgisində Çexiya Respublikasını xanım Emma Bartovanın “Niyə bu qədər səssizsən?” adlanan üç boyunbağından ibarət kolleksiyası təmsil edib. Bu kolleksiya introvertlərin görünməyən daxili aləminə fokuslanır və insanla ətraf mühit arasında səssiz, lakin dərin dialoqu ifadə edən bəzək əşyalarını təqdim edir. Xanım Katarína Nabilkovanın “Mənim xatirələrim” adlı tekstil kolleksiyası isə “Çexoslovak C” oxşar formasında hazırlanıb. Sonda, xanım Jana Novotnanın "Əsas cəfəngiyat" adlı üçüncü kolleksiyanın məqsədi gündəlik əşyalarla onların səsləri arasındakı əlaqəni araşdırmaqdır. Nəticədə şəxsi əşyalardan hazırlanmış bir sıra kulonlar meydana gəlib.

Çex Səfiri Milan Sedlaçek sərginin açılışında və PCCE çərçivəsində keçirilən digər tədbirlərdə fəal iştirak edib.

Sərgi memarlıq baxımından unikal olan Azərbaycan Milli Xalça Muzeyinin binasında baş tutub. Muzeydə unikal xalça kolleksiyası (Azərbaycan toxuculuq sənəti Qeyri-Maddi Mədəni İrs siyahısındadır) ilə yanaşı, milli geyimlərdən ibarət geniş bir kolleksiya da mövcuddur.

(Lubojacký, translation:Rzayeva)

 

PCCE Baku

PCCE Baku

Why are you so quiet?

Why are you so quiet?

 

PCCE Baku concert

PCCE Baku concert

Azerbaijan National Carpet Museum

Azerbaijan National Carpet Museum