Çex Səfiri Beynəlxalq Tələbə Günü münasibətilə Azərbaycan Bohemistləri ilə görüşdü
18.11.2016 / 22:02 | Aktualizováno: 01.12.2016 / 10:10
Biz, Çexiya Respublikasının Bakıdakı Səfirliyində Bakı Slavyan Universitetinin və Moskva Dövlət Universitetinin Bakı Filialının Bohemist (Çex dilini öyrənən) tələbələri ilə birgə Beynəlxalq Tələbə Gününü qeyd etdik. Tələbələr şəxsən zati-aliləri səfir Vitezslav Pivonka tərəfindən qarşılandı. Səfir öz çıxışında tələbələrə müasir Çex dövlətçiliyinin formalaşması prosesinə gətirən tarixi konteksti və bu yubileyin əhəmiyyətini xatırlatdı. Səfirin çıxışından sonra tələbələr Praqa Karlov Universitetinin Fəlsəfə fakültəsinin dosenti İvana xanım Bozdexovanın mühazirəsini dinlədilər. O, tələbələrə Çexiyada qısamüddətli dil kurslarından tutmuş universitetdə tam təhsil almaq imkanları haqqında ətraflı məlumat verdi.



