english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Bakıda Çex mətbəxi həftəsi keçirilib

Bakıda ilk dəfə Çex mətbəxi həftəsi keçirilib. Çexiya Respublikasının Bakıdakı Səfirliyi və Milli Məclisin deputatı Elnur Allahverdiyevin dəstəyi ilə Azeri Home Chef Community tərəfindən təşkil olunan tədbirin finalı Xəzər dənizinin sahilində yerləşən “Yaban Bulvar” restoranında baş tutub. 20 finalçı arasından Kamilə xanım Nağıyeva “donuz budu” yeməyi ilə qalib oldu.

Çex mətbəxi Çexiya Respublikasının tarixi inkişafını və coğrafi şəraitini əks etdirən ənənələrin və ləzzətlərin əsl xəzinəsidir. O, zənginliyi, çeşidi və dadı ilə məşhurdur, və eyni zamanda evdə yetişdirilə bilən inqrediyentlərə əsaslanması ilə xarici istehlakçıları təəccübləndirə bilər. Tipik yeməklərə knedlik, geniş çeşiddə souslar və şorbalar, müxtəlif şirin yeməklər və desertlər daxildir.

Azeri Home Chef Community-nin təşkilatçılığı ilə keçirilən Çex mətbəxi həftəsi iyunun 29-da Yaban Bulvar restoranında təşkil olunan müsabiqənin finalı ilə başa çatıb. Tədbiri Çexiya Respublikasının Azərbaycandakı Səfiri cənab Milan Sedlaçek açaraq, azərbaycanlı həvəskar və peşəkar aşpazların Çex mətbəxi ilə tanış edilməsinin xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə kömək etdiyini qeyd edib və bu tədbirin ənənəvi xarakter daşımasında maraqlı olduğunu bildirdi. Daha sonra tədbirin əsas təşkilatçısı olan Fəxrəndə xanım Həsənzadə müsabiqə iştirakçılarına xoş arzularını bildirdi. Tədbirdə Aİ-nin Azərbaycandakı Səfiri cənab Peter Mixalko da iştirak edib və o, Azeri Home Chef community-nin milli mətbəxlərin Azərbaycan tamaşaçılarına tanıdılması istiqamətində fəaliyyətindən məmnunluğunu ifadə edib. O, tədbir iştirakçılarını 2024-cü ilin sentyabr ayında planlaşdırılan ikinci Avropa Mətbəxi Həftəsinə dəvət edib.

Səfirlər Milan Sedlaçek və Peter Mixalko, Yaban Bulvar restoranının baş aşpazı, həmçinin Azeri Home Chef-in nümayəndələrinin daxil olduğu münsiflər heyəti yeməkləri bir sıra meyarlar, o cümlədən orijinallığı, dadı və təqdimatı üzrə qiymətləndirib. Qalibləri seçmək asan məsələ deyildi, çünki 20 finalçı çex aşpazları tərəfindən hazırlanan yeməklərlə eyni dərəcədə yüksək keyfiyyətli yeməklər təqdim etdi. Nəticələrə əsasən beş qalib seçilib və onlara sponsorlar və Səfirlik tərəfindən hədiyyələr təqdim edilib.

1ci yer - “donuz budu” yeməyi ilə Kamilla Nağıyeva;

2ci yer – “sviçkova” yeməyi ilə İradə Mircavadova;

3cü yer – “knedlik donuz əti və kələm” yeməyi ilə Yeganə Qaşqay;

4cü yer – “albalılı piroq” ilə Rəna Səlimova; və

5ci yer – “karamelli vetrnik” ilə Adelina Rzayeva.

Biz bütün qalibləri səmimi qəlbdən təbrik edir və gələn il onları yenidən tədbirdə qarşılamağı səbirsizliklə gözləyirik.

 

Галереи


Czech Culinary Week_06_2024