Çexiya Respublikasının Bakıdakı Səfirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu qarşılıqlı əməkdaşlığına dair saziş imzaladılar
06.04.2016 / 17:31 | Aktualizováno: 12.04.2016 / 17:55
6 Aprel 2016-cı il tarixində Çexiya Respublikasının Azərbaycandakı səfiri cənab Vitezslav Pivonka və Bilik Fondunun İcraçı direktoru cənab Oktay Səmədov 2016-cı ildə yetiriləcək birgə layihələr haqqında sazişi imzalayıblar.
Sazişə hər iki ölkənin müxtəlif fəaliyyət sahələrində: elmi tədqiqat, mədəniyyət, enerjiyə qənaət və təhsil, Çexiya Respublikası və Vişeqrad Grupu ilə Azərbaycan Respublikası arasında məlumatlarının yayılması və mübadiləsi daxildir.
Planın imzalanmasından sonra onun bir bəndi dərhal yerinə yetirilib. İmzalanma tədbirindən sonra Bakı unversitetlərinin tələbələri üçün Vişeqrad ilə əməkdaşlığı barədə mühazirə oxunub. Vişeqrad Grupu 2016-cı ildə öz 25-ci ildönümü qeyd edəcək və bununla bağlı bir neçə tədbir planlaşdırılıb.




