english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo LinkedIn logo

"Qaravəlli" layihəsi çərçivəsində daha bir uğurlu addım

Bakıda Çexiya Səfirliyinin enerjiyə qənaət layihəsini həyata keçirdiyi Qaravəlli məktəbi "Enerji Marafonu" adlı Belarus beynəlxalq müsabiqəsində iştirak etdilər. Hər il keçirilən müsabiqə ibtidai məktəblərdə uşaqlar üçün nəzərdə tutulub və onun məqsədi enerjinin səmərəsiz istifadəsi probleminə diqqəti cəlb etməkdir. Qaravəllidən şagirdlər bu problemə bədii şəkildə yaxınlaşdılar və enerjiyə qənaət etmə yollarını rəsm əsərlərindən ibarət kolleksiya ilə təklif etdilər. Bu əsərlər onlara bir neçə fərdi diplom və məktəb üçün nüfuzlu "Enerji Marafonu" kubokunu qazandırdı. Bütün mükafatlar Çexiyanın Azərbaycandakı Səfirliyində mərasim zamanı ÇEx səfiri Zati-aliləri Vitezslav Pivonka tərəfindən Qaravəlli kəndinin nümayəndəsi cənab Zöhrab Əmraxova və məktəbin direktoru cənab Rəhim İsmayilova təqdim olundu.