Çexiyanın Sənaye və Ticarət Naziri Yan Mladekin Azərbaycana rəsmi səfəri
21.01.2017 / 13:55 | Aktualizováno: 30.01.2017 / 20:10
Cənab Mladek Çexiya Respublikası ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu öz rəsmi səfəri ilə bir daha təsdiq etdi. Çexiyanın sənaye və ticarət naziri 17 yanvar 2017-ci il tarixində iki günlük səfər ilə Bakıya gəlmişdir. Cənab Mladek sıx iş qrafikində iqtisadiyyat naziri Ş. Mustafayev, maliyyə naziri S. Şərifov, Milli Məclisin sədr müavini V. Ələsgərov və Azərbaycan dövlət qurumlarının digər nümayəndələri ilə görüşlər keçirtdi. Bundan əlavə o, Çex-Azərbaycan biznes forumunun açılışında şəxsən iştirak etdi və növbəti gündə Hökumətlərarası Qaırışıq Komissiyanın 4-cü iclasını açdı.
Çexiya Respublikası ilə Azərbaycan arasında münasibətlər Çex Prezidenti Miloş Zemanın 2015-ci ilin sentyabr ayında Bakıya səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə tamamilə yeni səviyyəyə yüksəldi. İki ölkə arasında qarşılıqlı əmtəə dövriyyəsi yanvar - noyabr ayları dövründə $ 510 mln. məbləğinə çatdı.
Azərbaycanın Çexiya Respublikasına idxalında əsas satılan mallar: xam neft (Çexiyanın illik istehlakının 1/3 hissəsini təmin edir), qoz-fındıq və tekstil məmulatları. Çexiyanın Azərbaycana ixracı əsasən ibarətdir: polad və dəmir parçaları, sənaye qapaqları və nəqliyyat vasitələri. Gələcəkdə Çex şirkətləri Azərbaycan iqtisadiyyatının gələcək inkişafına yönəlmiş müxtəlif layihələrdə və əsasən kənd təsərrüfatı, nəqliyyat infrastrukturu, energetika, yüngül sənaye və turizm sahələrində iştirak etməyə hazırdır.
http://video.azertag.az/ru/video/47702
