english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Çex kənd təsərrüfatı şirkətlərinin biznes nümayəndələri Bakı və Gəncə şəhərlərini ziyarət etdilər

İqtisadi diplomatiya layihəsi get-gedə Çex ixracının təşviqi üçün nəzərdə tutulmuş digər alətlər arasında ön sıralara çıxır. Bu əslində, bütün dünyada Çex səfirlikləri tərəfindən təşkil olunan hədəfə yönümlü tədbirlərdir. Belə layihələrin əlavə dəyəri ondadır ki, Səfirlik öz yurisdiksiyası altında olan ərazilər haqqında çox müfəssəl biliyə malik olduğundan onlar Çexiyanın ixracı üçün ən perspektivli hesab etdikləri sahələrə öz səylərini yönəldə bilirlər. 

Çexiya Respublikasının Bakıdakı səfirliyi də istisna təşkil etmir. İqtisadi diplomatiya layihəmiz qismində biz, Çex kənd təsərrüfatı və qida sənayesi təbliği məqsədilə Azərbaycana sahəvi biznes missiyanı hazırladıq. Çexiya nümayəndə heyətinə kənd təsərrüfatı nazirinin müavini cənab Yirji Şir başçılıq etdi. Səfər 16-19 may 2017-ci ildə həyata keçirildi və nazir müavinini aşağıdakı şirkətlər müşayiət etdi: Chamber of Trade and Industry for CIS Countries , AB Clima s.r.o. , AGROMONT Vimperk s.r.o. , Bohemia Jihlava a.s. , EGAP a.s. , EGT Express CZ s.r.o. , Mraz Agro CZ s.r.o.Agricultural Cooperative Mrákov .

Bütün missiyanın işçi proqramı olduqca dolğun idi. Çexiya Respublikası ilə əməkdaşlığa marağı olan yeni Azərbaycan şirkətlərinə üz tutmaq niyyətilə iki rəsmi işgüzar görüş təşkil olundu. Belə ki, Bakıda artıq ənənəvi olan biznes foruma Gəncədə yeni tədbir əlavə olundu. Ardıcıl olaraq hər iki şəhərdə keçirilən Çex və Azərbaycan iş adamları arasında görüşlər Çex məhsullarına Azərbaycan şirkətlərinin  böyük marağını nümayiş etdirdi. İştirakçılar Çex iribuynuzlu mal-qara cinsinə (həm süd, həm ət), iribuynuzlu mal-qara və digər ev heyvanları üçün müxtəlif yem formalarına, mal-qaranın saxlanması üçün tikinti texnologiyalarına, ərzaq emalı texnologiyaları və kənd təsərrüfatının mexanikləşdirilməsinə böyük diqqət göstərdilər.

1

1

2

2