1 sentyabr 2019-cu il tarixindən etibarən iş kartları və biznes vizaları üçün kvota sistemi
28.08.2019 / 20:07 | Aktualizováno: 02.09.2019 / 19:04
Çexiya Höküməti, Çex Respublikasının əmək bazarının ehtiyaclarını ödəmək və seçilmiş ölkələrdən ixtisaslı işçi qüvvəsinin Çex Respublikasına axınının güclənməsinə yönəlmiş tənzimlənən əmək miqrasiyası konsepsiyasını həyata keçirmək üçün, 220/2019 saylı 26 avqust 2019-cu il tarixli Direktivi ilə qərara gəlmişdir ki, 1 sentyabr 2019-cu il tarixindən iş kartları və uzunmüddətli biznes vizaları üçün müraciət edənlərin qeydiyyatı üçün kvota sistemi tətbiq olunsun.
Çexiya Respublikasının Bakıdakı Səfirliyinə illik iş kartı üçün 150, uzunmüddətli biznes (sahibkarlıq) vizası üçün 12 müraciət kvotası təyin edilmişdir. Bu kvotalar heç bir şəkildə qeyd olunanlardan artıq ola bilməz, çünki Hökumətin Direktivi ilə təyin olunmuşdur. Kvotalar il ərzində bərabər paylanacaq.