english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

ADEX 2016 başlayır - Cənubi Qafqazda ən mühüm müdafiə texnologiyaları tədbiri

Cənubi Qafqazda müdafiə və təhlükəsizlik texnologiyaları üzrə ən böyük tədbirin ikinci buraxılışı olan ADEX 2016 Bakı Sərgi Mərkəzində 27-30 sentyabr tarixlərində keçiriləcək. Rəsmi məlumata əsasən 30 ölkədən 150-ə yaxın iştirakçılar sərgiyə qatılmaq niyyətindədir. Çexiya Respublikası ixracın xüsusi təşviqi agentliyi „CzechTrade“in himayəsi altında təşkil olunan rəsmi stendlə təmsil olunacaq. Azərbaycanın Çexiya müdafiə sənayesi üçün çox perspektivli ərazi olmasını, sərgi iştirakçılarının sayının 2014-ci ilə nisbətən beş dəfə artması faktı sübut edir.

ADEX 2016-nın rəsmi açılışı 27 sentyabr yerli vaxtla saat 11:00-da baş tutacaq. Sərginin ilk üç günü yalnız rəsmi nümayəndə heyətləri və mütəxəssislər üçün nəzərdə tutulub. İctimaiyyət üçün sərgi cümə günü açıq olacaq. Daha ətraflı məlumatı rəsmi saytdan götürə bilərsiniz: http://adex.az/2016/?p=index